
Avropa Badminton Konfederasiyası və Ukrayna Badminton Federasiyası arasında aparılan müzakirələrdən sonra 2020-ci il Avropa çempionatının ləğv edilməsi barədə qərar qəbul edilib.
Apasport.az saytı xəbər verir ki, qitənin ali badminton qurumu COVID-19 pandemiyası səbəbindən bir çox ölkələrdə tətbiq edilən karantin rejiminə görə təxirə salınan turnirlərin 2020-ci il ərzində keçirilməsini mümkünsüz hesab edir.
Qurumun rəsmi saytında bildirilir ki, Ukraynada keçirilməli olan Avropa çempionatının ləğvi barədə qərar təşkilatçıları və Ukraynaya səfər etməyi planlaşdıran idmançı və azarkeşləri məyus etməməlidir.
Növbəti ilə keçirilən yarışın yeni vaxtı açıqlanıb və bu dəfə də ev sahibliyi hüququ Ukrayna Badminton Federasiyasına həvalə olunub. Beləliklə, 2021-ci ilin 27 aprel – 2 may tarixlərində keçiriləcək Avropa çempionatı paytaxt Kiyevdə təşkil olunacaq.
Qeyd edək ki, Ümumdünya Badminton Federasiyasının elan etdiyi kimi, 2021-ci il Avropa çempionatı sonuncu olimpiya təsnifat turniri olacaq. Bu səbəbdən qitənin ən yaxşı badmintonçuları Kiyevdə lisenziya xallarını tamamlamaq üçün mübarizə aparacaqlar.
- Bakıda nadir klassik avtomobillərin sərgisi təşkil olunacaq
- Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
- Azərbaycan xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokuna ev sahibliyi edəcək
- 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçiriləcək
- Vəfa Musayeva: "Everestə elə gedirdim ki, sanki Azərbaycan məni döyüşə göndərmişdi"