Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) maskot müsabiqəsi elan edib.
Bu barədə apasport.az saytına MOK-un mətbuat katibi Günay Malikqızı məlumat verib.
O bildirib ki, ölkəmizi tədbirlərdə təmsil edəcək maskot xalqımızla birlikdə müəyyənləşdiriləcək. Öz ideyasına, bacarığına güvənən hər kəs kağızda və ya kompüter proqramlarının köməyi ilə hazırladığı işləri 1 oktyabr tarixinədək mövzuda "Maskot" qeyd etməklə MOK-un e-mail ünvanına ([email protected]) göndərə bilər.
Personaj ideyası seçimində sərhəd yoxdur. Maskot əyləncəli olmaqla yanaşı, olimpiya detallarını özündə birləşdirməlidir. İştirakçıların təklifləri personajın (ideyanı anlatmaq) qısa tanıtımı ilə bir yerdə göndərməlidirlər. Müsabiqənin qalibi Milli Olimpiya Komitəsində təşkil olunacaq münsiflər heyətinin rəyinə əsasən müəyyən ediləcək. Qalib olan işin müəllifi xüsusi medalla təltif ediləcək.
Qeyd edək ki, qalib olaraq seçilmiş talisman rəsmi şəkildə Azərbaycan Olimpiya Komitəsinin mülkiyyətinə keçmiş olacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"