Onlayn şahmat üzrə daha bir beynəlxalq turnir keçirəcək.
Apasport.az saytının məlumatına görə, ilk dünya çempionu Vilhelm Steinitzin xatirəsinə təşkil olunacaq blits üzrə yarış mayın 15-də start götürəcək və 3 gün davam edəcək.
FİDE prezidenti Arkadi Dvorkoviçin seçiminə əsasən baş tutacaq turnirdə 10 kişi və 10 qadın şahmatçı mübarizə aparacaq. Kişilərin yarışında Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da iştirak edəcək. Onun rəqibləri Maqnus Karlsen (Norveç), Aleksandr Qrişuk, Pyotr Svidler, Daniil Dubov (hər üçün Rusiya), Ceffri Syun (ABŞ), Bu Syançji (Çin), Le Kuanq Lyem (Vyetnam), Anton Korobov (Ukrayna) və Anton Qixarro (İspaniya) olacaq.
Oyunlar hər gedişə 2 saniyə əlavə edilməklə 3 dəqiqəlik olacaq. Qalib 2 dövrənin yekununa əsasən müəyyənləşəcək. Kişilərin turnirinin mükafat fondu 18 min avro olacaq. Yarışın ən güclüsü 4500 avro qazanacaq. Bundan başqa, hər partiyanın qalibi 100 avroya irəli düşəcək.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"