İran əsilli Monqolustan cüdoçusu Səid Mollai Azərbaycan millisində çıxış etmək istəyir.
Azərbaycan Cüdo Federasiyasından apasport.az saytına verilən məlumata görə, 30 yaşlı idmançı bununla bağlı quruma müraciət edib.
81 kq çəki dərəcəsində mübarizə aparan Mollai mövcud hazırlıq vəziyyətinin dəyərləndirilməsi üçün Bakıya dəvət olunub və yığmanın Avropa çempionatına hazırlıq məqsədilə keçirilən təlim-məşq prosesində iştirak edib. Cüdoçu həmçinin müvafiq tibbi müayinələrdən keçirilib.
Hazırda federasiya rəhbərliyi onun Azərbaycan adından çıxış etməsi ilə bağlı müraciətini dəyərləndirir. Həmçinin buna son icazəni verməli olan Beynəlxalq Cüdo Federasiyası ilə müvafiq məsləhətləşmələr aparılır.
Qeyd edək ki, Səid Mollai 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, həmçinin 2017-ci ildə paytaxtımızda təşkil olunan İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb. Mollai Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib