Azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimovun Qazaxıstanda üzləşdiyi problem aradan qaldırılıb.
Bu barədə apasport.az saytına məlumatı Olimpiya çempionunun atası Əli Rəhimov verib.
O bildirib ki, koronavirus pandemiyası səbəbindən yaranan maliyyə çətinlikləri artıq geridə qalıb. Rəhimov Qazaxıstan yığmasında çıxış edən oğlu ilə yanaşı, komanda yoldaşlarının da hansısa problemi qalmadığını vurğulayıb: “Hər şey qaydasına qoyulub. Artıq heç bir problem qalmayıb. Sadəcə koronavirusa görə bir az sıxıntıları olmuşdu. Federasiya bütün çətinlikləri yoluna qoyub”.
Qeyd edək ki, Qazaxıstan mətbuatı ağır atletika üzrə milli komandalarının maliyyə çətinliyi ilə üzləşdiyini və bu səbəbdən Nicat Rəhimovla yanaşı, komanda yoldaşlarının federasiyaya müraciət ünvanladığını yazmışdı.
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib