2020-ci ildə Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına hazırlıq və iştirakla bağlı növbəti ilin dövlət büdcəsindən 10,0 milyon manat ayrılacaq.
APA-nın məlumatına görə, bu, Maliyyə Nazirliyinin təqdim etdiyi 2020-ci ilin dövlət büdcəsi layihəsində əksini tapıb.
Layihəyə əsasən, XVI yay Paraolimpiya Oyunlarında iştirak xərcləri üçün 0,7 milyon manat, fiziki və əqli qüsurlu idmançıların idman yarışlarında iştirakı üçün 0,8 milyon manat vəsait nəzərdə tutulub. 2020-ci ilin dövlət büdcəsinin mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri bölməsindən maliyyələşən təşkilatları büdcədənkənar xərcləri 5,5 milyon manat təşkil edəcək.
Bu da 2019-cu illə müqayisədə 1,7 milyon manat və ya 43,8 faiz çoxdur.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"