Azərbaycan cüdo yığması Antalyada keçirilən "Böyük Dəbilqə" turnirinin ilk gününü medalsız başa vurub.
Apasport.az saytının məlumatına görə, millimizin sonuncu medal şansı olan Orxan Səfərov 3-cü yer uğrunda qarşılaşmaya çıxmayacaq.
66 kq çəki dərəcəsində yarışan cüdoçumuz keçirdiyi sonuncu görüşdə zədələndiyi üçün mübarizəni dayandırıb. Yığmanın həkiminin tövsiyəsi və baş məşqçisinin qərarına əsasən Səfərov tatamiyə çıxmayacaq.
Qeyd edək ki, Azərbaycan millisi Antalyaya 17 cüdoçu ilə yollanıb. Onlardan 7-si ilk yarış günündə tatamiyə çıxıb. Turan Bayramov, Rövşən Əliyev (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Orxan Səfərov (hər ikisi 66 kq), Leyla Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq) və Gültac Məmmədəliyeva (52 kq) medal qazana bilməyib.
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu
- Silahlı Qüvvələr Günü münasibətilə Xarıbülbül zirvəsinə yürüş keçirilib
- Bakıda suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib
- Azərbaycan parabadmintonçusu İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
- Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib