Rusiyanın Kazan şəhərində keçiriləcək MDB ölkələrinin I Oyunlarının proqramı dəyişdirilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Tatarıstanın Vladimir Leonov açıqlayıb.
İştirakçıların bədən tərbiyəsi və idman üzrə rəhbər dövlət orqanlarının I MDB Oyunlarına hazırlıq və keçirilməsi ilə bağlı görüşündə çıxış edən Leonov yarışa qatılacaq idmançıların sayının dəyişməsinin proqrama təsir edə biləcəyini vurğulayıb: “Biz nə qədər idmançının gələcəyini dəqiq proqnozlaşdıra bilmərik. Pandemiyaya qədər 3,7 min atlet gözləyirdik. Lakin koronavirusa görə idmançıların yanaşması dəyişsə, proqramı korrektə edə bilərik. 14 idman qurğusunda keçiriləcək yarışlar üçün həm azarkeşlərlə, həm də tamaşaçısız təşkil olunması ssenarisi hazırlamışıq. Yekun qərar tədbir ərəfəsində veriləcək”
Qeyd edək ki, öncədən avqustun 20-27-nə planlaşdırılan, sonradan koronavirus pandemiyası üzündən sentyabrın 4-11-nə keçirilən yarışda 14-23 yaş arası idmançılar 22 növdə 280 dəst medal üçün mübarizə aparacaq.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"