Noyabrın 22-də Yaponiyanın Osaka şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri start götürəcək.
Apasport.az saytının məlumatına görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq.
Məşqçilər korpusu yarışda Davud Məmmədsoy, Oruc Vəlizadə (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Murad Fətiyev, Hidayət Heydərov (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), Aişə Qurbanlı, Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Aleksandra-Larisa Florian və İçinxorlu Munxtsedevə (hər ikisi 57 kq) şans verəcək. Əsas heyət üzvlərindən Rüstəm Orucov (81 kq) və İrina Kindzerska (+78 kq) heyətdə yer almayıblar.
“Böyük Dəbilqə”də 94 ölkədən 534 idmançının iştirakı gözlənilir.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"