Dekabrın 21-də Dağıstanın Qarabudaqkənd rayonunda olimpiya çempionu Məhəmməd-Həsən Abuşevin şərəfinə sərbəst güləş üzrə açıq turnir keçirilib.
Apasport.az saytının məlumatına görə, 23 yaşadək güləşçilər arasında keçirilən yarışda olimpiya çəkiləri üzrə mübarizə baş tutub.
Turnirdə gənclərdən ibarət yığmamızın məşqçiləri Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında Azərbaycan millisinin bir neçə üzvü qüvvəsini sınayıb. Onlardan beşi fəxri kürsüyə qalxıb.
Davud İbrahimov (65 kq) bütün rəqiblərinə qalib gəlib. Saqadulla Ağayev (86 kq) gümüş, Şahin Muxtarov (57 kq), Aydın Əhmədov və İslam Abuyev (hər ikisi 125 kq) isə bürünc medal qazanıblar.
- Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
- Balaheydər Kərimov triatlon üzrə Dünya Kubokunda hakimlik edən ilk azərbaycanlı olub
- Azərbaycanın deflimpiya üzrə üzgüçülük millisinin baş məşqçisi bəlli olub
- Şose velosipedi üzrə ölkə çempionatında ikinci günün qalibləri bəlli oldu - FOTO
- Kamandan oxatma üzrə Bakı şəhər kubokunda qaliblər məlum oldu