Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.
Apasport.az saytının məlumatına görə, yığma AVRO-2020-nin seçmə mərhələsində son matçına çıxacaq.
Uğursuz çıxışları ilə heç bir ümid verməyən Nikola Yurçeviçin yetirmələri üçün son tur formal xarakter daşıyacaq. Keçirdiyi 7 matçda cəmi 1 xal toplayan milli sonuncu pilləni çoxdan "təmin" edib.
Hələ püşkatmadan sonra da bu mövqeyə namizəd göstərilən yığma Avropanı təəccübləndirmək üçün heç nə edə bilməyib. Yeganə xalını evdə toplamasına baxmayaraq, səfərdəki bütün görüşlərdə daha döyüşkən komanda təsiri bağışlayan komanda Trnavaya sensasiya üçün yollanıb.
Azarkeşləri önündə reabilitasiya olunmaq üçün tsikli qələbəsiz başa vurmamaq zəruridir. Bunun üçün final mərhələsi şansını qoruyan rəqibi büdrətmək çətin olsa da, mümkünsüz deyil. Hətta qazanılacaq bir xal da rəqibə güclü zərbə vuracaq.
Slovakiyada qazanılacaq müsbət nəticə həm ili, həm seçmə tsikli major notla bitirmək anlamına gələcək. Bu da növbəti yarışlar üçün yığmaya çox vacibdir.
Qeyd edək ki, Trnavadakı matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
AVRO-2020-nin seçmə mərhələsi
X tur
19 noyabr
E qrupu
23:45. Slovakiya – Azərbaycan
Hakimlər: Sergey Boyko, Vladimir Volodin, Semyon Şlonçak, Vitali Romanov (hamısı Ukrayna)
Hakim-inspektor: Kevin Azzopardi (Malta)
UEFA nümayəndəsi: Skott Struters (Şotıandiya)
Trnava. Anton Malinovski stadionu
|
1 |
Xorvatiya |
8 |
5 |
2 |
1 |
17-7 |
17 |
|
2 |
Macarıstan |
7 |
4 |
0 |
3 |
8-9 |
12 |
|
3 |
Uels |
7 |
3 |
2 |
2 |
8-6 |
11 |
|
4 |
Slovakiya |
7 |
3 |
1 |
3 |
11-11 |
10 |
|
5 |
Azərbaycan |
7 |
0 |
1 |
6 |
5-16 |
1 |
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib