Qadın voleybolçular arasında Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsi başa çatıb.
Apasport.az saytının məlumatına görə, bir gün öncə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən Azərbaycan yığması Apeldornda son matçını Polşaya qarşı keçirib.
Formal xarakter daşıyan matçda da komandamız məğlubiyyətə üzülüb. Təmsilçimiz rəqibdən nə xal, nə də set ala bilib. Beləliklə, Vasif Talıbovun baş məşqçi seçilməsindən sonra 7-ci matça çıxan millimiz yenə qələbəyə həsrət qalıb. Qalib gələ bilmədiyimiz qarşılaşmalardan 3-ü rəsmi görüşə təsadüf edibsə, digər 4-ü məhz bu yarışa hazırlıq dövründə baş tutan yoxlama görüşlərində qeydə alınıb.
Yığmamızın yer aldığı A qrupundan Polşa birinci, Niderland ikinci pillənin sahibi kimi yarımfinala yüksəlib. Azərbaycan voleybolçuları qrupu sonuncu yerdə xalsız bitiriblər.
B qrupunda isə Almaniya və Türkiyə Olimpiada şanslarını qoruyublar. Onlar müvafiq olaraq, mərhələ adlamağa kifayət edən ilk iki pillədə qərarlaşıblar.
Yarımfinalda Almaniya Niderlandla, Türkiyə Polşa ilə üz-üzə gələcək. Bu matçlar yanvarın 11-də olacaq. Ertəsi gün isə finalçılar Tokio-2020-də Avropanı təmsil edəcək son komandanı müəyyənləşdirəcəklər. Qalib lisenziyaya sahib olacaq.
Qeyd edək ki, Polina Rəhimova Polşa ilə matçın özü üçün yığmadakı son qarşılaşması olduğunu açıqlasa da, meydana çıxmayıb.
Qrup mərhələsi
A qrupu
10 yanvar
23:00. Polşa – Azərbaycan - 3:0 (25:19, 25:19, 25:23)
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
1 |
Polşa |
3 |
3 |
0 |
9-2 |
271-238 |
9 |
2 |
Niderland |
3 |
2 |
1 |
7-3 |
242-223 |
6 |
3 |
Bolqarıstan |
3 |
1 |
2 |
4-7 |
244-263 |
3 |
4 |
Azərbaycan |
3 |
0 |
3 |
1-9 |
213-246 |
0 |
B qrupu
16:30. Almaniya - Xorvatiya - 3:0 (25:15, 25:17, 25:23)
19:30. Türkiyə - Belçika - 3:2 (25:20, 25:15, 20:25, 22:25, 15:10)
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
1 |
Almaniya |
3 |
3 |
0 |
9-2 |
279-240 |
9 |
2 |
Türkiyə |
3 |
2 |
1 |
7-6 |
290-272 |
6 |
3 |
Belçika |
3 |
1 |
2 |
6-7 |
296-304 |
4 |
4 |
Xorvatiya |
3 |
0 |
3 |
2-9 |
225-274 |
0 |
- Azərbaycan Üzgüçülük Federasiyasının İcraiyyə Komitəsinin tərkibi təsdiq edilib
- “Neftçi” İdman Klubu ötən ili 1001 medalla başa vurub
- Bakı sakinləri övladlarını niyə idmana yazdırır? - SORĞU
- Nazir keçmiş müavini ilə selfisini paylaşdı-MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU - FOTO
- Mariana Vasileva Gənclər və idman nazirinin müavini vəzifəsindən azad edilib