AVRO-2020-nin seçmə mərhələsinin Uels – Xorvatiya oyunu ərəfəsində keçirilən mətbuat konfransında xoşagəlməz hadisə yaşanıb.
APA-nın məlumatına görə, Azərbaycan yığması ilə birlikdə E qrupunda çıxış edən yığmaların görüşü qonaq komandanın tərcüməçisinin işdən azad olunması ilə nəticələnib.
Futbolçu İvan Perişiçin ifadələri tərcümə olunarkən xorvatiyalıların mətbuat xidmətinin rəhbəri Tomislav Patsak müdaxiləni zəruri sayıb. Tərcüməçinin işindən narazı qalan qurum rəsmisi onu işindən azad edərək özü tərcümə ilə məşğul olub.
Qeyd edək ki, Uels – Xorvatiya oyunu oktyabrın 13-də baş tutacaq.
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub