Kişi karateçilərdən ibarət Azərbaycan millisinin baş məşqçisi müəyyənləşib.
Apasport.az-ın Azərbaycan Milli Karate Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, Qurban Tağıyev yığmanın baş məşqçisi təyin edilib.
O, bunadək müqaviləsi başa çatan Bahəddin Kandazı müvəqqəti əvəz edirdi. Tağıyev yeni təyinatla həm də federasiyanın Məşqçilər Komitəsinin sədri olub.
Artıq bir neçə ildir milli komandanın böyük məşqçisi olan Tağıyev 5-ci dan qara kəmər sahibi olmaqla yanaşı, idmançı karyerasında dünya çempionatının ikincisi, komanda çıxışlarında Avropa çempionatının üçüncüsü, dünya kuboku yarışlarının isə dəfələrlə qalib və mükafatçısı olub.
Tağıyevin başçılıq etdiyi məşqçilər korpusunda da dəyişiklik olub. Milli komandanın lideri Rafael Ağayev də məşqçilər heyətinə cəlb olunub.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"