Cüdo üzrə Azərbaycan millisinin ilkin heyəti açıqlanıb.
Apasport.az saytının məlumatına görə, yığmamız aprelin 29-dan mayın 1-dək keçiriləcək Avropa çempionatı üçün 11 idmançı sifariş edib.
Məşqçilər korpusu yarışda Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kq), İbrahim Əliyev, Yaşar Nəcəfov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq), Şəfəq Həmidova və Ramilə Əliyevaya (hər ikisi 48 kq) şans verəcək.
Avropa çempionatında 40 ölkədən 365 (208 kişi, 157 qadın) cüdoçunun iştirakı gözlənilir.
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Bakıda yanğınsöndürmə və xilasetmə üzrə dünya çempionatının açılış mərasimi keçirilib
- Azərbaycanlı qardaşlar Antalyada Mental Arifmetika Olimpiadasının qalibi olublar
- Bakıda “Qələbə qaçışı”: Qaliblər müəyyənləşdi
- Bakıda “Qələbə qaçışı” keçiriləcək: Toplanan vəsait “YAŞAT”a veriləcək