Urfan Abbasov Premyer Liqada 350-ci oyununu keçirib.
Apasport.az xəbər verir ki, “Araz-Naxçıvan”ın kapitanının yubileyi “Sumqayıt”la səfər matçına (1:2) təsadüf edib.
O, Misli Premyer Liqasının XXXI turunun görüşünə start heyətində çıxıb.
Abbasov 350 oyunda 8 qola imza atıb. Debütü 2011/12 mövsümünə təsadüf edən futbolçu üç klubun formasını geyinib. O, “Qəbələ”də 248 (5 qol), “Səbail”də 47 (2 qol) və “Araz-Naxçıvan”da 55 (1 qol) oyun keçirib.
Urfan Azərbaycan çempionatları tarixinə yüksək dəstədə 350 və daha çox oyun keçirən 14-cü futbolçu kimi düşüb. O, 2025/26 mövsümündə adı sifariş vərəqində olmuş oyunçular arasında 3-cü göstəriciyə malikdir. “Qəbələ”nin futbolçusu Asif Məmmədov 388, karyerasını mövsümün gedişində “Araz-Naxçıvan”da bitirən Qara Qarayev 360 matçın iştirakçısı olub.
- “Formula 2” Bakı Qran-prisinin ikinci böyük səhnəsi: Sürət, rəqabət və adrenalin - FOTOLENT
- “Xankəndi” Zaur Hacıyevlə yollarını ayırdı - RƏSMİ
- Tiaqo Silva “Şəfa”da
- Şəhid Jurnalistlərin xatirəsinə həsr olunan Minifutbol Turnirinin açılışı və ilk turun oyunları keçiriləcək - FOTO
- Rusiya ilə İran yoldaşlıq görüşündə üz-üzə gələcək