Abubakar alınmadı, "Neftçi" onu gətirir
16.10.2025 - 21:38
“Neftçi”nin danışıqlar apardığı İdrissa Dumbiya artıq Bakıya gəlib.
Apasport.az saytına verilən məlumata görə, paytaxt klubu yaxın zamanda 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.
Vinsent Abubakarla maddi məsələlərdə razılıq əldə edə bilməyən “ağ-qaralar” bu keçidi tezliklə həll edərək azarkeşlərini sevindirməyə çalışır.
Qeyd edək ki, Fil Dişi Sahilindən olan Dumbiya son olaraq Qətərin “Əl-Əhli” klubunda çıxış edib. O, karyerası ərzində “Anderlext”, “Zulte-Varegem”, “Axmat”, “Sportinq” və “Hueska” kimi komandaların da formasını geyinib.
- Hidayət Heydərov: "Özümə söz vermişdim ki, qızıl medalı qazanıb Zəfər Gününə həsr edəcəm"
- Rəşad Sadıqov: "Hakim səhvi nəticəyə təsir etmədi"
- Kurban Berdiyev: "Bilmirəm baş hakim qərarını niyə dəyişdi"
- “Zirə” “Turan Tovuz”la heç-heçə etdi - YENİLƏNİB
- Türkiyə nəhənglərindən Zəfər Günü paylaşımı - FOTO
5
2