"Neftçi"nin hücumçusu Vensan Abubakar türkiyəli jurnalist Ertem Şenerə müsahibə verib.
Apasport.az xəbər verir ki, kamerunlu futbolçu "Beşiktaş"la çempion olduqları 2020/2021 mövsümünü xatırlayıb.
33 yaşlı forvard çempionluğu baş məşqçinin yox, futbolçuların qazandığını bildirib:
"Sergen Yalçınla çempion olduğumuz dönəmdə o böyük işi bacaran və çempion olan biz futbolçular idik. O kuboku meydanda mübarizə aparan oyunçu qrupu qazandı. Hazırda komandanın baş məşqçisi eyni şəxsdir. Üstəlik heyətdə çempion olduğumuz dönəmlə müqayisədə daha böyük adlar var. Sergen Yalçın bacarırsa, indi də komandanı çempion etsin".
Qeyd edək ki, Vensan Abubakar 2020/2021 mövsümündə "Beşiktaş" forması ilə Super Liqada meydana çıxdığı 26 oyunda 15 qol vurub, 5 qol ötürməsi edib.