
"Səbail" klubunun futbolçusu Adil Nağıyev Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib.
Apasport.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadla xəbər verir ki, müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XXIV turuna təsadüf edib.
29 yaşlı futbolçu “Sabah”la ev görüşündə (2:0) sonradan meydana çıxıb.
Premyer Liqada debütü 2015/2016 mövsümünə təsadüf edən A.Nağıyev həmin vaxt “Zirə”də forma geyinib. O, qəsəbə klubunda 83, “Sumqayıt”da 12, “Şamaxı”da 17, “Səbail”də 88 dəfə şans qazanıb. 200 oyunda 5 qolu olan müdafiəçi “Zirə”də 3, “Səbail”də 2 dəfə fərqlənib.
Qeyd edək ki, Adil Nağıyev ölkə çempionatları tarixində 200 və daha çox matç keçirən 149-cu futbolçudur.
- "Qarabağ" Rüstəm Əhmədzadə ilə yollarını ayırıb - RƏSMİ
- Elgiz Abbasov: "Hazırda 4 stadionda problem mövcuddur"
- Premyer Liqada stadion dəyişiklikləri baş verib
- Premyer Liqa: Yeni mövsümün püşkatma mərasimi keçirilib - FOTO - YENİLƏNİB
- Elgiz Abbasov: “3 dövrəli çempionatın oynanılması qərarlaşdırılıb”