Adil Şükürov: “Bəzən hər şey maliyyə dayaqlarına bağlı olur” - Müsahibə
16.05.2024 - 21:17
Adil Şükürov: “Bəzən hər şey maliyyə dayaqlarına bağlı olur” - Müsahibə

“Kəpəz”in baş məşqçisi Adil Şükürov apasport.az saytına müsahibə verib.

-"Qəbələ"nin Premyer Liqadan düşəcəyi dəqiqləşdi. Çoxları düşünür ki, bunun futbolumuza mənfi təsiri olacaq. Siz nə fikirləşirsiz?
- Ümumiyətlə, “Qəbələ” kimi futbol akademiyası, meydançaları olan komanda çempionata rəng qata biləcək komandadır. Nəzərə alaq ki, bu komandanın əvəzedici heyəti var və əksər aşağı  yaş qrup komandaları illərboyu yaxşı nəticələr  göstərib. Davamlı olaraq son ilə qədər Gənclər Liqasında çıxış edən komandası öz yaşıdları  arasında ən yaxşılardan idilər. Son oyunlarda əsas komandanın oyunlarında akademiya yetirmələri əsas heyətdə çıxış edirdilər. Yəni bu  komandanın akademiyasını qoruyub inkişaf  etdirmək vacibdir. Amma burda əsas komandadan danışırıqsa, komandanın nəticəsinə uyğun davranılmalıdır ki, gələcək çempionatlarda heç bir komanda iştirak etmək üçün güzəştə ümid etməsin .

- Onlar deyil, siz liqadan düşsəydiz necə olacaqdı? Hər halda, Gəncə də böyük futbolda əsas bölgələrimizdən hesab olunur...
- Mən deyərdim ki, Gəncə Azərbaycan futboluna daha faydalı ola biləcək şəhərdir. Bu şəhərdən Yunis Hüseynov, Vidadi Rzayev, Maşallah Əhmədov, Mehman Allahverdiyev, Arzu Mirzəyev və bir çox Azərbaycan miqyasında güclü futbolçular çıxıb. Gəncə komandasının Premyer Liqada olması, Gəncədə futbolun inkişafı üçün daha çox böyük təsirdir.

- Mövsümün sonuna hələ ki, iki tur qalıb. "Kəpəz" "Zirə" ilə üz-üzə gələcək. Bu matçla bağlı düşüncəniz necədir?
- “Zirə” ilə oyun bizim üçün ağır olacaq. “Zirə” Premyer Liqada medallar uğrunda mübarizə aparır. Bu komandaya qarşı oynamaq çox çətindir. Amma biz mübarizəmizdən geri durmayacağıq .

- Son turda isə Qərb derbisi baş tutacaq. Sizin üçün "Kəpəz"də son oyun olacaq, yoxsa yeni mövsümdə də sizi orada görəcəyik?
- Qərb derbisi həmişə maraqlı olub. Bu komandalar arasında oyunlar həmişə də ağır keçir.

-"Kəpəz"in yeni mövsümdən Qəbələdə oynayacağı gözlənilir. Bu barədə fikrin necədir?
- Bu barədə heçnə deyə bilmərəm .

- Yeni mövsümdə də sizi "Kəpəz"də görəcəyik? Yoxsa, bu klubun durumu, maliyyəsi ilə bağlıdır? Konkret olaraq, yeni sezondan siz iddialı ola biləcək "Kəpəz"də çalışmaq istəyirsiz?
- Mənim “Kəpəz”lə bir il də müqaviləm var və klub rəhbərliyi yeni maliyyə dayaqları axtarmaqdadır. “Kəpəz” həmişə iddialı komanda olub. Son illərdə maliyyə dayaqları zəif olduğu üçün komanda çempionatda qalmaq uğrunda mübarizə aparıb. Bəzən hər şey maliyyə dayaqlarına bağlı olur.

0