Adil Şükürovun planları arasında o yoxdur - "Kəpəz"də ayrılıq
04.01.2024 - 13:04
Adil Şükürovun planları arasında o yoxdur - "Kəpəz"də ayrılıq

Transfer çalışmalarını davam etdirən "Kəpəz" həm də, bəzi oyunçularla yollarını ayırmaq istəyir.

Apasport.az saytına verilən məlumata görə, Gəncə təmsilçisi Elnur Cəfərovla yollarını ayırmağı planlaşdırır.

Əgər bu baş tutmasa, ən azından onu icarəyə göndərəcəklər. Saytımıza daxil olan məlumata görə, Birinci Liqanın iddialılardan olan “İmişli” Cəfərovun xidmətində maraqlıdır.

Danışıqlar baş tutarsa, “Kəpəz” millimizin sabiq üzvünü “İmişli”yə icarəyə göndərəcək.

Qeyd edək ki, Elnur Cəfərovun “Kəpəz”lə müqaviləsi yayda bitir.

0