AFFA-da görüş keçirilib
27.12.2023 - 20:46
AFFA-da görüş keçirilib

Bu gün AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları tərəfindən klublarda çalışan Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər üçün növbəti – ikinci onlayn seminar təşkil olunub.

Apasport.az xəbər verir ki, tədbir zamanı Azarkeşlərlə Əlaqələndirici Şəxslər və Əlil Azarkeşlərlə Əlaqələndirici Şəxslər ilə Misli Premyer Liqasının 16-17-ci turlar çərçivəsində keçirilən oyunların azarkeşlərlə bağlı təşkilati məsələlər zamanı görülmüş işlər barəsində müzakirələr aparılıb.

Azarkeşlərlə Əlaqələndirici Şəxslərin fəaliyyəti üçün faydalı materiallar paylaşılıb. Bu kimi təlim və görüşlərin növbəti il, Premyer Liqa yarışlarının başlandığı zaman yenidən keçirililməsi nəzərdə tutulur.

Qeyd edək ki, iclasda PFL-in əməkdaşı Faiq Tahirov da iştirak edib, klub nümayəndələrinin suallarını cavablandırıb.

0