AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq
03.12.2024 - 13:26
AFFA-dan “Turan Tovuz”a xəbərdarlıq

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.

Yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:

29 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

30 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Şamaxı” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

30 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt” klubu 700 manat cərimə edilir (maddə 37);

1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 52.1);

1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Neftçi” klubu 500 manat cərimə edilir (maddə 43.7) ;

1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyunu “Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Neftçi” klubu 1500 manat cərimə edilir (maddə 60.4);

1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilir (maddə 52.2);

1 dekabr 2024-cü il tarixində Misli Premyer Liqasında XV turun “Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qarabağ” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “İmişli” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 51.2);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Karvan” komandası 70 manat cərimə edilir (maddə 37);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda “Karvan” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşya  atıldığına görə “Karvan” komandası 80 manat cərimə edilir (maddə 52.1);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda diktor Əsasnamənin tələblərini pozduğuna görə “Karvan” komandası 50 manat cərimə edilir (maddə 80);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyununda “Karvan” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 43.7) ;

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 77 nömrəli futbolçusu Müşfiq Teymurov hakimləri təhqir etdiyinə, aqressiv davrandığına görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun 7 nömrəli futbolçusu Bəhruz Teymurov hakimləri təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Karvan” komandası 300 manat cərimə edilir (maddə 43.3);

27 noyabr 2024-cü il tarixində I Liqanın VIII turunun “Karvan” – “Qəbələ” oyunu bitdikdən sonra “Karvan” klubunun məşqçisi Zaur Hacıyev rəqib baş məşqçiyə hədə-qorxu gəldiyinə görə 5 oyun cəzalanır, “Karvan” komandası 400 manat cərimə edilir (maddə 44.2);

“Karvan” klubunun baş məşqçisi Kənan Kərimov mətbuata açıqlama verərkən hakimə hədə-qorxu gəldiyinə, ona sözlə təzyiq göstərməyə cəhd etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Karvan” komandası 400 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 44.2, 32);

30 noyabr 2024-cü il tarixində Əvəzedicilər Liqasında XV turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);

30 noyabr 2024-cü il tarixində Əvəzedicilər Liqasında XV turun “Araz-Naxçıvan-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Turan Tovuz-2” komandası 70 manat cərimə edilir (maddə 37);

1 dekabr 2024-cü il tarixində Əvəzedicilər Liqasında XV turun “Şamaxı-2” – “Kəpəz-2” oyununun fasiləsində “Kəpəz-2” komandasının cəzalı baş məşqçisi Xaliq Mərdanov komandasının paltardəyişmə otağına daxil olduğuna görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilir (maddə 11);

1 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Səbail PFK-Turan Tovuz FK oyununda Turan Tovuz FK komandasının baş məşqçisi Ülfət Mədətov qarşılaşmanın 62-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)

1 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Səbail PFK-Turan Tovuz FK oyununda Qarşılaşmanın 73-cü dəqiqəsində Turan Tovuz FK komandasının heyətində N19 futbolçu Cəsur İsmayılov ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)

25 noyabr 2024-cü il tarixində AFFA U-17 keçirilən Qəbələ İK-Səbail PFK oyununda Qəbələ İK komandasının heyətində N4 futbolçu Rəvan Feyziyev qarşılaşmanın 89-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 4 oyun cəzalandırılsın. (maddə 43.3)

25 noyabr 2024-cü il tarixində AFFA U-17 keçirilən Zirə PFK-Neftçi PFK oyununda Neftçi PFK komandasının heyətində N18 futbolçu Vidadi Kərimli qarşılaşmanın 81-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

26 noyabr 2024-cü il tarixində AFFA U-17 keçirilən Turan Tovuz FK-Dinamo(Bakı) FK oyununda Turan Tovuz FK komandasının heyətində N3 futbolçu Tural Həsənov qarşılaşmanın 54-cü dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

30 noyabr 2024-cü il tarixində AFFA U-17 keçirilən Kəpəz PFK-Vətən İOEUGFMPHŞ oyununda Kəpəz PFK komandasının heyətində N4 futbolçu Sabir Zeynalov qarşılaşmanın 71-ci dəqiqəsində hakimin icazəsi olmadan meydana daxil olduğuna görə ikinci sarı vərəqə ilə cəzalandırıldığı üçün 1 oyun cəzalandırılsın (maddə 36.5);

27 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Sumqayıt FK-Sabah FK oyununda Sumqayıt FK komandasının heyətində N4 futbolçu Əli Bədəlov qarşılaşmanın 80+2-ci dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 42.2)

30 noyabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Metak FK-Şamaxı FK oyununda Şamaxı FK komandasının heyətində N7 futbolçu Ömər Qocalı qarşılaşmanın 34-cü dəqiqəsində ciddi kobud oyuna görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 39.1)

1 dekabr 2024-cü il tarixində AFFA U-15 Liqasında keçirilən Turan Tovuz FK-European Football Academy oyununda European Football Academy komandasının heyətində N12 futbolçu İlham Şeyxzamanlı qarşılaşmanın 62-ci dəqiqəsində rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

1 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Məhəllə uşaqları(Sumqayıt) –Caspian FA oyununda  Caspian FA komandasının heyətində N20 futbolçu Zeynal Zeynalov hissələrarası fasilədə hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun cəzalandırılsın. (maddə 43.3.)

30 noyabr 2024-cü il tarixində AFFA U-13 Liqasında keçirilən Qarabağ FK –EFA oyununda  EFA komandasının baş məşqçisi Fərid Əlizadə qarşılaşmanın 52-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4)

1 dekabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Sumqayıtspor – Uğur FK(Sumqayıt) oyunu Uğur FK(Sumqayıt) komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə Uğur FK(Sumqayıt) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

1 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Zirvə FK – Lamasya(Baku) oyunu Zirvə FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə Zirvə FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1);

30.11.2024-cü il tarixində futzal üzrə Yüksək liqanın 5-ci turu çərçivəsində keçirilən Neftçi İK İB – Baku Fire oyununda, Neftçi İK İB komandasının köməkçi məşqçisi Əli Hüseynov texniki zona qaydalarını pozaraq hakimlərin icazəsi olmadan meydana daxil olaraq hakimlərə davamlı şəkildə etirazlar etdiyinə görə oyunun 38-ci dəqiqəsində bir başa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə  1 oyun cəzalandırılsın (maddə 53.1)

01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Çarşı Bakı - PFL oyununda, PFL komandasının qapıçısı İmran Məhərrəmov oyunun 27-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Djevo Dəyirman – Dəstə Ordubad oyununda, Djevo Dəyirman komandasının oyunçusu Kamran Talıbzadə oyunun 22-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Ulduz - Metropoliten oyununda, Metropoliten komandasının oyunçusu Xanağa Ələsgərov oyunun 28-ci dəqiqəsində qeyri idman hərəkətinə görə bir oyunda 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5)

01.12.2024-cü il tarixində futzal üzrə 1-ci liqanın 4-cü turu çərçivəsində keçirilən Delta – Baku Fire-2 oyununda, Baku Fire-2 komandasının qapıçısı Kərim Allahverdiyev oyunun 15-ci dəqiqəsində rəqibi açıq-aşkar qol imkanından məhrum etdiyinə görə bir başa qırmızı vərəqə ilə meydandan cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 41)

0