AFFA-dan “Vətən” – “Neftçi” matçında baş verən hadisə barədə AÇIQLAMA
07.02.2025 - 09:38
AFFA-dan “Vətən” – “Neftçi” matçında baş verən hadisə barədə AÇIQLAMA

Xəbər verdiyimiz kimi, AFFA U-17 Liqasının “Vətən” – “Neftçi” oyununda xoşagəlməz hadisə yaşanıb.

Belə ki, matçın ikinci hissəsində komandaların baş məşqçiləri və rəsmiləri arasında dava düşüb. “Vətən” klubunun inzibatçısı “ağ-qaralar”ın baş məşqçisi Asif Ramazanova kəllə zərbəsi endirib. 

Apasport.az xəbər verir ki, AFFA bu barədə məlumat yayıb: 

“AFFA U-17 Liqasında keçirilən “Vətən” – “Neftçi” oyununda təəssüf ki, xoşagəlməz hadisələr baş verib. AFFA olaraq baş verən hadisəni pisləyirik. Hazırda araşdırma aparılır və AFFA İntizam Komitəsinin növbəti iclasında bununla bağlı qərar veriləcək”.

Qeyd edək ki, hadisə nəticəsində “Neftçi U-17″nin baş məşqçisi Asif Ramazanovun burnu sınıb. 

0