AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Apasport.az xəbər verir ki, bunu qurumun mətbuat xidməti açıqlayıb.
Yığıncaqda aşağıdakı qərarlar qəbul edilib:
1 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Zirə PFK oyununda Zirə PFK N45 futbolçusu Hüseyn Ağaverdiyev qələbəni Sumqayıt komandasının texniki zonasının qarşısında qeyd etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 2 oyun şərti olmaqla 3 oyun cəzalandırılsın. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.1, 32).
1 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Zirə PFK oyununda Sumqayıt FK komandasının N56 futbolçusu Aftandil Arixov qarşılaşma bitdikdən sonra ikinci sarı vərəqə ilə cəzalandırılmasına görə 1 oyun cəzalandırılsın. (maddə 36.5).
1 dekabr 2024-cü il tarixində AFFA Gənclər Liqasında keçirilən Sumqayıt FK-Zirə PFK oyununda Sumqayıt FK komandasının baş məşqçisi Kənan Hacıyev hakimlər otağına daxil olaraq təhqiredici sözlər işlətdiyinə görə 5 oyun cəzalandırılsın (maddə 43.4).
1 dekabr 2024-cü il tarixində AFFA U-14 Liqasında keçirilən Çinar(Gəncə) –Azəri (Gəncə) oyununda Çinar(Gəncə) komandasının baş məşqçisi Elçin Quziryani texniki zona qaydalarını pozduğuna görə, eyni zamanda hakimlər briqadasını təhqir və fiziki təzyiq etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılmasına görə 5 oyun cəzalandırılsın. (maddə 43.4).
1 dekabr 2024-cü il tarixində AFFA U-12 Liqasında keçirilməli olan Kürdəmir FK – Çərəkə(Göyçay) oyunu Kürdəmir FK komandasının heyətində yetərsay olmadığına görə baş tutmadığına görə Kürdəmir FK komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).
1 dekabr 2024-cü il tarixində AFFA U-10 Liqasında keçirilməli olan Karvan(Yevlax) – Antiguoko İnternational FC oyunu Karvan (Yevlax) komandası təyin edilən vaxt meydanda olmadığına görə baş tutması üçün Karvan(Yevlax) komandasına 0:3 hesablı texniki məğlubiyyət verilsin (maddə 63.1).