AFFA II Liqa klublarını CƏRİMƏLƏDİ
15.10.2025 - 12:51
AFFA II Liqa klublarını CƏRİMƏLƏDİ

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, toplantıda II Liqanın V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

13.10.2025-ci il tarixində II Liqada V turun “Dinamo” – “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

13.10.2025-ci il tarixində II Liqada V turun “Ağstafa Gəncləri” – “Ağdaş” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

14.10.2025-ci il tarixində II Liqada V turun “Quba” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

14.10.2025-ci il tarixində II Liqada V turun “Sheki City” – “Şəmkir” oyununun 82-ci dəqiqəsində “Sheki City” komandasının 6 nömrəli futbolçusu Elvin Dəmirov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Sheki City” komandası 50 manat cərimə edilsin (maddə 17.7);

14.10.2025-ci il tarixində II Liqada V turun “Sheki City” – “Şəmkir” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

14.10.2025-ci il tarixində II Liqada V turun “Sheki City” – “Şəmkir” oyununun matçöncəsi iclasında “Şəmkir” komandasının nümayəndəsi iştirak etmədiyinə görə “Şəmkir” komandası 150 manat cərimə edilsin (99, 94, maddə 58.1)