U-16 millisi dünya çempionatı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək
13.10.2026 - 16:31
Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət millisi FIFA U-15 Dünya Çempionatı və Festivalı öncəsi sonuncu təlim-məşq toplanışını keçirəcək.
Apasport.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
U-16 millisi oktyabrın 16-dan 18-dək Bayıl İnkişaf Mərkəzində hazırlıq keçəcək. Toplanışa 16 futbolçu dəvət olunub.
Qeyd edək ki, FIFA U-15 Dünya Çempionatı və Festivalı oktyabrın 22-dən 30-dək ölkəmizdə keçiriləcək.
0
0