
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az xəbər verir ki, tədbirdə aşağıdakı qərarlar qəbul olunub:
06.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXIX turun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 37);
06.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXIX turun “Səbail-2” – “Turan Tovuz-2” oyununda “Səbail-2” komandasının fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Səbail-2” komandası 50 manat cərimə edilsin (maddə 96);
07.04.2025-ci il tarixində Əvəzedicilər liqasında XXIX turun “Qarabağ-2” – “Zirə-2” oyununun 59-cu dəqiqəsində “Zirə-2” komandasının 33 nömrəli futbolçusu Əkbər Eyubov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Zirə-2” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
08.04.2025-ci il tarixində II Liqada XX turun “Şahdağ Qusar” – “Hypers Guba” oyunu bitdikdən sonra “Hypers Guba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilsin (maddə 52.2);
09.04.2025-ci il tarixində II Liqada XX turun “Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı” klubunun 8 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
09.04.2025-ci il tarixində II Liqada XX turun “Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo” klubunun 10 nömrəli futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Dinamo” komandası 50 manat cərimə edilsin (maddə 36.5);
09.04.2025-ci il tarixində II Liqada XX turun “Dinamo” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilsin (maddə 51.2);
09.04.2025-ci il tarixində II Liqada XX turun “Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 37);
8 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Arpaçay(Şərur)-Araz Naxçıvan PFK oyununda Arpaçay(Şərur) komandasının heyətində N99 futbolçu Əli İsmayılov qarşılaşmanın 85-ci dəqiqəsində komanda yoldaşını təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalansın (maddə 43.1);
8 aprel 2025-ci il tarixində AFFA U-16 Liqasında keçirilən Arpaçay(Şərur)-Araz Naxçıvan PFK oyununda qarşılaşmanın 87-ci dəqiqəsində Araz Naxçıvan PFK komandasının heyətində N16 futbolçu Zakir İbrahimli qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
6 aprel 2025-ci il tarixində AFFA U-14 Liqasında keçirilən Araz Saatlı- R.S.İ Real FK oyununda R.S.İ Real FK komandasının heyətində N3 futbolçu Kənan Baxşıyev qarşılaşmanın 61-ci dəqiqəsində qeyri idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5);
5 aprel 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Kəpəz PFK – Çinar oyununda Çinar komandasının köməkçi məşqçisi Teymur Nəbiyev qarşılaşmanın 55-ci dəqiqəsində hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
5 aprel 2025-ci il tarixində AFFA U-12 Liqasında keçirilən Kəpəz PFK – Çinar oyununda Çinar komandasının köməkçi məşqçisi Elçin Quziryani qarşılaşmanın 55-ci dəqiqəsində hakimə şiddətli etiraza görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalansın (maddə 42.3);
10.04.2025-ci il tarixində keçirilən futzal üzrə yüksək liqanın 14-cu turunun Şuşa – U-19 oyununda U-19 komandasının oyunçusu Bəyoğlan Vəlizadə oyunun 36-cı dəqiqəsində qeyri idman hərəkətinə görə 2-ci sarı vərəqə almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın (maddə 36.5).