AFFA-nın idman qurğularına ayırdığı vəsait açıqlandı - YENİLƏNİR
02.04.2024 - 12:17
AFFA-nın idman qurğularına ayırdığı vəsait açıqlandı - YENİLƏNİR

AFFA-nın balansında olan stadionların, futbol akademiyasının, milli komandaların
məşq mərkəzinin və digər stadionların, məşq meydançalarının saxlanılmasına və
yenidən bərpasına ayrılan vəsaitlər müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilib.

Ümumilikdə idman obyektlərinə 4 milyon 253 min 876 manat xərclənib.

“Dalğa Arena”ya 827 min 427 manat, “ASCO Arena”ya 455 min 111 manat, Milli Komandaların Məşq Mərkəzinə 336 min 349 manat, Təhsil və Reabilitasiya Mərkəzinə 258 min 960 manat, Binə stadionuna 113 min 493 min manat, Ağsu stadionuna 110 min 367 manat, “Neftçi Arena”ya 22 min 878 manat, Şamaxı şəhər stadionuna 282 min 691 manat, Bakı Olimpiya Stadionuna 392 min 800 manat, Mingəçevir şəhər stadionuna 1 milyon 220 min 800 manat, digər stadionlar və məşq meydançalarına 233 min manat vasait ayrılıb.

Mingəçevir şəhər stadionunda yenidənqurma işlərinin hazırda davam etdiyi diqqətə çatdırılıb.

***

10:49

UEFA-nın 2023-cü ildə Azərbaycan klublarına ödədiyi vəsait müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Avropa futbol qurumu ümumilikdə klublarımıza 23 milyon 222 min 116 manat ödəyib.

Bunlardan 15 milyon 197 min 96 manatı "Qarabağ"a, 2 milyon 196 min 52 manatı "Neftçi"yə, 1 milyon 951 min 89 manatı "Sabah"a, 1 milyon 587 min 66 manatı "Qəbələ"yə, 696 min 264 manatı "Zirə"yə, 569 min 991 manatı "Sumqayıt"a, 515 min 674 manatı "Şamaxı"ya, 508 min 884 manatı "Səbail"ə verilib.

***

10:35

AFFA-nın Hesabat-Seçki konfransı keçirilir.

Apasport.az xəbər verir ki, tədbirdə qurumun 2023-cü il üzrə gəlirləri açıqlanıb.

AFFA-ya ötən ildə ümumilikdə 35 milyon 617 min 445 manat vəsait daxil olub. Bunların 13 milyon manatı SOCAR-dan (AFFA Maliyyə dəstəyi), SOCAR-dan daha 6 milyon 475 min 873 manat isə Qrant müqavilə çərçivəsində ödənilib.

UEFA-dan 4 milyon 854 min 178 manat gəlir daxil olub. Digər vəsait isə sponsorlardan və FIFA-dan gəlib.

Daxil olan vəsaitlərin 36 faizi xarici mənbələr hesabında formalaşıb.

AFFA-nın ötən il üzrə xərcləri isə 27 milyon 957 min 622 manat olub. Burada yüksək məbləğ milli komandalara xərclənəndir. Yığmalara ümumilikdə 12 milyon 806 min 378 manat vəsait xərclənib.

***

10:22

AFFA-nın  “Bulvar Marriott Hotel”də Hesabat-Seçki Konfransı keçirilir. 

Apasport.az xəbər verir ki, tədbirin gündəliyinə 6 məsələ daxildir.

1. AFFA prezidenti tərəfindən iclasın açıq elan edilməsi 
2. Konfransın tərkibinin yoxlanılması 
3. AFFA-nın baş katibinin hesabat xarakterli məruzəsi 
4. Maliyyə Hesabatları 
5. Müstəqil auditorun hesabatı 
6. AFFA prezidenti vəzifəsinə və İcraiyyə Komitəsinə seçkilərin keçirilməsi

0