AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat alıb
03.07.2025 - 21:54
AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat alıb

AFFA-nın Qadın futbolu departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan 2025/2026-cı illər mövsümü üçün ilk təyinatı alıb. 

Apasport.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Dinamo” (Minsk, Belarus) – “Lüdoqorets” (Bolqarıstan) görüşünün UEFA nümayəndəsi olacaq.

Bu, AFFA rəsmisinin karyerasında kişilər arasında qitənin ən nüfuzlu klub turnirinə ilk təyinatıdır. Ağayeva daha əvvəl qadınların Çempionlar Liqasında 2 matça təyinat alıb.

Qeyd edək ki, “Dinamo” ilə “Lüdoqorets” arasında iyulun 16-da təşkil olunacaq cavab qarşılaşması Mezököveşt şəhərində baş tutacaq.