“Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB
03.07.2025 - 21:16
“Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB

Bu gün “Sabah” yay toplanışı çərçivəsində ilk yoldaşlıq oyununa çıxıb.

Apasport.az xəbər verir ki, Valdas Damrauskasın rəhbərlik etdiyi kollektiv Macarıstanın “Pakş” klubu ilə qarşılaşıb.

Oyun Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

Görüş 3:3 hesablı bərabərliklə yekunlaşıb. 

Qeyd edək ki, “Sabah” Avstriyadakı ilk sınaq matçında Rumıniyanın “Rapid” klubu ilə heç-heçə edib – 2:2.

Yoxlama görüşü

19:00. “Sabah” - “Pakş” 3:3