AFFA İntizam Komitəsi Misli Premyer Liqasının I turundan təxirə salınmış "Sabah" - "Qarabağ" matçı ilə bağlı cəzaları açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə komitənin iclasında qərarlar qəbul olunub.
Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə "Sabah" klubu 2500 manat cərimələnib.
"Qarabağ" isə azarkeşlərinə görə cərimələnib. Belə ki, fanatları tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə Ağdam təmsilçisi 7000 manat ziyana düşüb. Bununla yanaşı, oturacaqlar sındırıldığı, stadiona zərər vurulduğu üçün "Qarabağ" daha 3000 manat ödəməli olacaq. Stadiona dəymiş ziyan son çempion tərəfindən qarşılanacaq.
Ağdam klubuna həmçinin oyuna təyin edilmiş vaxtdan gec gəldiyinə görə xəbərdarlıq edilib.
- İlham Əliyev Bakıda keçirilən FIFA U-15 mundialının finalını izləyib - YENİLƏNİB
- Bakıda FIFA U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib - YENİLƏNİB - FOTO
- Dörd iddiaçı, bir çempion – Qızıl medallara kim daha yaxındır?
- Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
- “Kəpəz” “Turan Tovuz”un rekordunu yeniləyib