Ağabala Ramazanov yenidən "Zirə"nin əsas komandasında
06.03.2025 - 18:22
Ağabala Ramazanov yenidən "Zirə"nin əsas komandasında

“Zirə” məşqçi Ağabala Ramazanovla müqavilə imzalayıb.

Apasport.az xəbər verir ki, veteran futbolçu ilə əsas komandanın məşqçilər korpusunda yer alacaq.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, UEFA B kateqoriyalı məşqçi bunadək məşqçi kimi “Zirə”nin akademiyasında çalışıb. O, həmçinin 2020-22-ci illər aralığında “Zirə”də çıxış edib və komandanın kapitanı olub.