Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”
27.04.2023 - 17:33
Ağırlıqqaldırma Federasiyasının prezidenti: “İrəvanda Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi”

 

"Azərbaycanlı idmançıları yola salarkən çox böyük hüzn yaşadıq, amma idmançılarımız dedilər ki, onlar yoxdurlarsa, biz varıq"

APA xəbər verir ki, bunu Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Tələt Ünlü deyib:

"Bildiyiniz kimi İrəvandakı Ağırlıqqaldırma üzrə Avropa Çempionatında Azərbaycan bayrağına qarşı edilmiş hərəkət bizi çox məyus etdi. Onsuz da bizim kədərimiz bizə yetər. Bilirsiniz, çox yaxın vaxtda zəlzələ fəlakəti ilə üz-üzə qaldıq, bir çox vətəndaşımızı itirdik. Lakin güclü bir dövlət olan Türkiyə bir an öncə yaralarını sağaltmağa başlayaraq heç bir fəaliyyətdən geri qalamayıb bizi Ermənistandakı Avropa Çempionatına göndərdi.

Qeyd etdiyim kimi orada yaşanan xoşagəlməz olaydan sonra azərbaycanlı qardaşlarımızı o gün gecə yola salarkən dərin hüzn yaşadıq. Amma idmançılarımız dedilər ki, onlar yoxdurlarsa, biz varıq və əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".

"İki dövlət bir millət inancı ilə yarışlarda iştirak edib qızıl medal aldıqlarında Cansu qızımızın azərbaycanlı qardaşlarımıza hədiyyə etməsi çox dəyərli addımdır", - deyə o qeyd edib.

0