Alaba əməliyyat olunacaq
18.12.2023 - 19:44
Alaba əməliyyat olunacaq

Madrid "Real"ının futbolçusu zədələnib.

Apasport.az xəbər verir ki, müdafiəçi David Alabaya sol dizinin ön çarpaz bağının yırtılması diaqnozu qoyulub.

Həkimlərin qənaətinə əsasən, 31 yaşlı futbolçu əməliyyat olunacaq. Avstriya millisinin də şərəfini qoruyan 31 yaşlı arxa xətt oyunçusu gecə saatlarında oynanılan “Vilyarreal”la (4:1) görüşün ilk hissəsində meydanı tərk etməli olub.

Qeyd edək ki, bu mövsüm 17 matçda iştirak edən Alaba 2 məhsuldar ötürmə ilə yadda qalıb.

0