Aleksey İsayev "Qarabağ"da
04.01.2024 - 21:06
Aleksey İsayev "Qarabağ"da

“Qarabağ” qış transfer pəncərəsində ilk futbolçu keçidini gerçəkləşdirib. 

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb. 

Ağdamlılar “Sabah”ın oyunçusu Aleksey İsayevi transfer edib. Azərbaycan millisinin 28 yaşlı yarımmüdafiəçisi ilə 3,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, futbolçu 2020-23-cü illərdə “Sabah”ın formasını geyinib. İsayev bunadək Rusiyada “Yenisey” (2014-16, 2017-18) və “”Zenit-2” (2016-18), ölkəmizdə isə “Sumqayıt”da (2018-20) çıxış edib.

0