Almaniya yığmasının sabiq qolkiperi Oliver Kan Meksika ilə oyunun yekunlarını dəyərləndirib. Apasport.az saytının “Sport1”ə istinadən məlumatına görə, 49 yaşlı mütəxəssis “Bundestim”in rəqibin həmlələrini cavabsız qoyduğunu deyib.
“Meksikalılar xüsusilə də birinci hissədə dayanmadan Almaniya millisinin zəif tərəflərinin üzərinə gedirdilər. Komanda heç cür baş verənlərə reaksiya verə bilmirdi. Mərkəzdə Kedira və Kroos Drakslerlə Müllerdən dəstək ala bilmirdilər. Bu, artıq sirr deyil ki, biz nəzarəti ələ keçirə bilmədiyimiz bu tip oyunlarda problemlə üzləşirik” – deyə, Kan bildirib.
Qeyd edək ki, Meksika Almaniyanı 1:0 hesabı ilə məğlub edib.
- Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
- Rüfət Efendiyev Avropa Şurasının antidopinq iclasında iştirak edib
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub