Almaniya millisinin üzvü "Milan"da
02.01.2026 - 18:35
"Milan" heyətinə yeni futbolçu qatıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
A seriyası təmsilçisi "Vest Hem Yunayted"dən hücumçu Niklas Fülkruqu icarəyə götürüb.
O, "Verder"in gənclər akademiyasında yetişib və oyunçu karyerasının ilk hissəsini Almaniyada keçirib, 2019-cu ildə "Verder"ə qayıtmazdan əvvəl "Qroyter Fürt", "Nürnberq" və "Hannover"də oynayıb. 2023-cü ilin yayında o, "Borussiya" Dortmunda transfer olub, 2024-cü ildə isə "Vest Hem Yunayted"ə keçib. Fülkruq 2022-ci ilin noyabr ayında Almaniya millisinə çağırılıb.
0
0