Kamerunlu vinger "Səbail"də - RƏSMİ
08.10.2026 - 14:44
Kamerunlu vinger "Səbail"də - RƏSMİ

“Səbail” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, I Liqa təmsilçisi son olaraq Albaniyanın “Elbasani” klubunun formasını geyinmiş Samuel Nonqohla müqavilə imzalayıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı oyunçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, kamerunlu vinger daha əvvəl Türkiyədə “Adana Demirspor”, Ukraynada “Veres”, Xorvatiyada “Slaven”də çıxış edib.