“Neftçi”nin heyətinə qatmaq istədiyi futbolçulardan birinin adı müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, vinger və hücumçu axtarışlarını davam etdirən Premyer Liqanın vitse-çempionu Portuqaliya təmsilçisi “Aruka”ya satılan Yusuf Lavalın mövqeyinə oyunçu gətirməyi planlaşdırır.
“Ağ-qaralar” eyni vaxtda bir neçə legionerlər danışıqlar aparır. Onlardan biri “Astana”nin futbolçusu Kilan Lebondur.
Bakılılar 25 yaşlı vingeri qış transfer pəncərəsində heyətinə qatmaq istəyir. “Amyen” yetirməsinin keçidi ilə bağlı danışıqlar gedir.
Qeyd edək ki, fransalı yarımmüdafiəçi “Şambli”, “Utrext”, “Qazelek Ayaçço”, “Kreteyl”, “Beroe” klublarında da çıxış edib.
- AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib
- Meydanın haqqı masa arxasında silinir: “Turan Tovuz” ədalət axtarır
- İçərişəhərdə futbol meydançasının açılışı oldu - VİDEO
- “Turan Tovuz” avrokuboklardan kənarlaşdırıldı! - RƏSMİ BƏYANAT
- Uğurcan Çakırın ardınca Koxalski: ÇL-da "Qarabağ" izləri