Antoni və Hoylund "Qalatasaray"a qarşı oynayacaq? - Ten Haq açıqladı
28.11.2023 - 21:18
Antoni və Hoylund "Qalatasaray"a qarşı oynayacaq? - Ten Haq açıqladı

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq, Rasmus Hoylund və Antoninin "Qalatasaray" matçı üçün heyətdə olacağını açıqlayıb.


Apasport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının 5-ci həftəsində "Qalatasaray" doğma meydanda "Mançester Yunayted"i qəbul edəcək.
 

Matçdan əvvəl açıqlama verən "Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq zədəli Rasmus Hoylund və Antoninin son durumunu paylaşıb.

“Mançester Yunayted”in zədə səbəbindən Premyer Liqada son iki matçını buraxan Rasmus Hoylundun heyətdə olacağını bildirən hollandiyalı çalışdırıcı zədəli Antoninin də oynaya biləcəyini bildirib.

Qeyd edək ki, Antoni də Rasmus Hoylund kimi, Everton matçı üçün heyətə salınmamışdı.

0