Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) və İdman Mətbuatı üzrə Avropa İttifaqının (AIPS EUROPE-UEPS) üzvü və ölkəmizdə rəsmi təmsilçisi Azərbaycan İdman Jurnalistləri Assosiasiyası (AİJA) 2025-ci ilin ənənəvi qalib nominasiyalarını açıqlayıb.
Apasport.az xəbər verir ki, ilin ən yaxşıları ölkənin kütləvi informasiya vasitələri, idman azarkeşləri və mütəxəssisləri arasında rəy sorğusuna əsasən müəyyənləşib.
Qaliblər arasında “Apasport”un baş redaktoru Rasim Sultanzadə də var. Rasim Sultanzadə idman saytları üzrə ilin jurnalisti seçilib.
2025-ci ilin idman laureatları
İlin idmançısı
Kişilər
Sübhan Mamedov (boks)
Həsrət Cəfərov (yunan-Roma güləşi)
Tofiq Əliyev (gimnast)
Qadınlar
Günay Qurbanova (güləş)
Südabə Ağayeva (cüdo)
Aynur Mikayılova (boks)
İlin klubu – “Sabah” basketbol klubu
İlin komandası – Şahmat üzrə qadınlardan ibarət milli komanda
İlin federasiyası – Azərbaycan Boks Federasiyası
İlin informasiya agentliyi – AZƏRTAC
İlin televiziya kanalı – İdman TV
İlin idman qurumu – Azərbaycan Deflimpiya Komitəsi
İlin məşqçisi – Qurban Qurbanov (“Qarabağ” Futbol Klubu)
İlin hakimi – Fuad Aslanov (boks)
İlin jurnalisti
İdman saytları üzrə – Rasim Sultanzadə (APASport.az)
İctimai-siyasi saytlar üzrə – Elmir Əliyev (Haqqin.az)
Qəzetlər üzrə – Müzəffər Quluzadə (Futbol+)
Televiziya üzrə – Arifə Lətifova (CBC Sport)
Radio üzrə – Elşən Həmzəyev (ASAN Radio)
İlin şərhçisi – Tural Dadaşov (İctimai TV)
İlin fotoreportyoru – Dilavər Nəcəfov
İlin saytı
İdman saytları üzrə – futbolinfo.az
İctimai-siyasi saytlar üzrə – qaynarinfo.az.
- Rövşən Nəcəf: “Azərbaycan futbolu yalnız Premyer Liqadan ibarət deyil”
- FIFA rəsmisi: “Azərbaycan futbolu Avropada etimad qazanır”
- Azərbaycan klublarına UEFA-dan ayrılan maliyyə vəsaiti açıqlanıb
- AFFA-nın illik gəliri açıqlandı: ən böyük pay kimə məxsusdur?
- AFFA açıqladı: BU STADİONLAR TƏMİRƏ BAĞLANACAQ