“Araz-Naxçıvan” daha 2 transfer etdi
13.01.2024 - 16:58
“Araz-Naxçıvan” daha 2 transfer etdi

"Araz-Naxçıvan" futzal komandası heyətinə yeni futbolçular qatıb. 

Apasport.az xəbər verir ki, son ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçlə anlaşıb.

Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a keçən 20 yaşlı futzalçı ilə anlaşma mövsümün sonuna qədərdir.

“Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdır. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Araz-Naxçıvan” bu transferlərə qədər braziliyalı hücumçu Andre Korrea dos Santos Juniorla anlaşmışdı.   

0