“Araz-Naxçıvan”da cəzalı futbolçu
06.12.2023 - 16:59
“Araz-Naxçıvan” Misli Premyer Liqasının növbəti turunun hazırlığını Bakı Olimpiya Stadionunun ehtiyat meydanında davam etdirir.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Zirə” ilə qarşılaşacaq Naxçıvan təmsilçisi gündə bir dəfə məşq edir. Komandada zədəli futbolçu yoxdur. Qarşıdakı matçı cəza səbəbindən Vadim Abdullayev buraxacaq. “Səbail”lə görüşdə sarı vərəqə alan futbolçu 4-cü dəfə belə cəza alıb. Buna görə də Abdullayev “Zirə” ilə oyunda meydana çıxa bilməyəcək.
- Rauf Əliyev “Sabah”a inanır: “Eyni ssenari təkrarlana bilər”
- “Sabah”ın oyunu ilə əlaqədar metronun iş vaxtı 1 saat uzadılacaq
- “Sumqayıt”ın futbolçusu gileylidir: Müqaviləm olduğu halda komandada görülmürəm
- Dambrauskas inamlıdır: "Biz hazırıq"
- Rəhim Həsənov: "Turan"ın sayılmayan qolunda aşkar görüntü yox idi"
0
0