"Araz-Naxçıvan" bir günlük istirahətin ardından məşqlərini bu gün bərpa edib.
Apasport.az xəbər verir ki, əvvəlcə bu gün doğum gününü qeyd edən Urfan Abbasova kollektiv adından təbriklər çatdırılıb, klubun icraçı-direktoru Eldəniz Yusubov tərəfinən üzərinə “300” yazılmış forma hədiyyə olunub. Təcrübəli futbolçu VI turda “Kəpəz”lə baş tutan matçda Misli Premyer Liqasında 300-cü oyununu keçirib.
Daha sonra komanda isinmə hərəkətlərinə başlayıb, ardınca isə taktiki çalışmalar yerinə yetirib. Zədəli olan Ramin Nəsirli və reabilitasiya prosesi keçən Karlos Jatoba məşqdə iştirak etməyib.
Qeyd edək ki, “Araz-Naxçıvan” Misli Premyer Liqasının X turunda “Şamaxı” ilə qarşılaşacaq. Oyun oktyabrın 19-da, saat 15:30-da Şamaxı şəhər stadionunda keçiriləcək.
- Azərbaycan millisi yenə məğlub oldu - YENİLƏNİB
- Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"
- Kaxaber Tsxadadze: "Heç kim deyə bilməz ki, I Liqada çempion olmaq asan əldə edilə biləcək nəticədir"
- "Sumqayıt"ı Vaqif Cavadov çalışdıracaq - RƏSMİ
- Azərbaycan Kuboku: I təsnifat mərhələsinə yekun vurulub