“Araz-Naxçıvan”ın baş məşqçisi: “Belə oyunlarda hesaba aldanmaq olmaz”
10.01.2026 - 20:32
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Belə oyunlarda hesaba aldanmaq olmaz”

“Araz-Naxçıvan” bu gün yoxlama oyununda klubun əvəzedici komandasını 7:0 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, “qırmızı-ağlar”ın baş məşqçisi Andrey Demçenko oyundan sonra klubun mətbuat xidmətinə açıqlama verib:

“Əvəzedici komandaya təşəkkür edirəm. Onlar yeni formalaşıblar və tam hazır olmasalar da, bu oyunun keçirilməsinə razılıq verdilər. Qarşılaşma bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Çalışdıq düşündüklərimizi meydanda tətbiq edək. Belə oyunlarda hesab aldatmamalıdır. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunları gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da müşahidə etdim. Vaxtımız var və tədricən istədiyimiz nəticəyə nail olacağıq.

Zədəli futbolçularımız var və onların yoxluğu müəyyən çətinliklər yaradır. Lakin futbolçu karyerasını zədəsiz təsəvvür etmək mümkün deyil. Əsas məsələ onların düzgün bərpa olunması və mümkün qədər tez komandaya qoşulmalarıdır”.