Ronaldo Messiyə səsləndi: “Yazdığın tarix əbədi yaşayacaq”
07.10.2026 - 23:14
Ronaldo Messiyə səsləndi: “Yazdığın tarix əbədi yaşayacaq”

Kriştiano Ronaldo Argentina millisində karyerasını başa vuran Lionel Messiyə xüsusi mesaj ünvanlayıb.

Apasport.az xəbər verir ki, portuqaliyalı ulduz Messinin sosial şəbəkədəki vida paylaşımına şərh yazaraq onun Argentina yığmasındakı uğurlarına münasibət bildirib. 

Ronaldo paylaşımında qeyd edib:

“Leo, uzun illər ölkənin şərəfini qorudun və əbədi yaşayacaq bir tarix yazdın. Argentina ilə qazandıqlarına görə sənə sonsuz hörmət bəsləyirəm. Sevgilərlə”.

Qeyd edək ki, 39 yaşlı Messi Beninlə keçirilən və Argentinanın 3:0 hesabı ilə qalib gəldiyi yoldaşlıq görüşündə milli komandanın formasını sonuncu dəfə geyinib və qol vurub.