“Arsenal”dan Nketiya qərarı
22.12.2023 - 16:29
“Arsenal”dan Nketiya qərarı

“Arsenal”ın hücumçusu Edvard Nketiya ilə bağlı qərarı bəlli olub.

Apapsort.az xəbər verir ki, London klubu futbolçusu ilə ayrılmaq fikrində deyil.

İngiltərə təmsilçisi Nketiyanın çıxışından razıdır. “Topçular Premyer Liqa və Almaniya Bundesliqasından bir çox komandanın diqqət mərkəzində olan 24 yaşlı ingilisi satmağı düşünmədiklərini açıqlayıblar. İngiltərə millisinin də şərəfini qoruyan futbolçu 2020-ci ildə 8 milyon avro qarşılığında “Lids”dən “Arsenal”a transfer edilib.

Qeyd edək ki, cari mövsüm 23 matçda forma geyinən Niketiya 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

0