"Aston Villa" "Latsio"nun futbolçusu ilə maraqlanır
05.01.2024 - 13:28
"Aston Villa" "Latsio"nun futbolçusu ilə maraqlanır

"Aston Villa" "Latsio"nun hücumçusu Felipe Andersonla maraqlanır.

Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

Mənbənin məlumatına görə, Birminhem klubu 30 yaşlı futbolçunu 2024-cü ilin yayında azad agent kimi transfer etmək istəyir.

Qeyd edək ki, Anderson daha əvvəl 2018-2021-ci illərdə “Vest Hem”də çıxış edib.

Bu mövsüm braziliyalı "Latsio"nun heyətində 25 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt Andersonu 10 milyon avro qiymətləndirir. 

 

0