Avrokubokların startında: “Qarabağ” hamıdan öndə
21.06.2022 - 10:40
Avrokubokların startında: “Qarabağ” hamıdan öndə

Avrokubokların yeni mövsümünün startı ərəfəsində klubların UEFA reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə 423 klub yer alıb.

Siyahıda Azərbaycanın 7 komandası var. Onlardan ən yaxşısı “Qarabağ”dır.

Qurban Qurbanovun yetirmələri 20,500 xala malikdir. Ağdam klubu 67-70-ci yerləri bölüşür. Təmsilçimizin şərikləri “Viktoriya” (Plzen, Çexiya), “Molde” (Norveç) və “Başakşəhər”dir (Türkiyə).

“Neftçi”nin 12,500 xalı var. Bakılılar 144-154-cü yerləri bölüşən “11-lik”dədir. “Trabzonspor” (Türkiyə), AEK (Kipr), “Hayduk” (Xorvatiya), “Linkoln” (Cəbəllütariq), “Jalgiris” (Vilnüs, Litva), “Maribor”, “Olimpiya” (hər ikisi Sloveniya), “Şkendiya” (Şimali Makedoniya), “Dandolk” (İrlandiya) və “Kuopio” (Finlandiya) da eyni xala malikdir.

“Qəbələ” 4,000 xalla 273-cü, “Keşlə” 3,500 xalla 300-cü, “Zirə, “Sumqayıt” və “Səbail” 2,525 xalla 341-ci yerin şərikləri sırasındadır.

Qeyd edək ki, cədvələ 116,000 xala malik “Mançester Siti” başçılıq edir.
 

0